Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

GÜLHƏYAT ABDULLAYEVA
(baş müəllim)

Gülhəyat Mətləb qızı Abdullayeva 10 dekabr 1956-cı ildə Mingə­çevir şəhərində anadan olub. 1974-cü ildə həmin şəhərin 10 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinə daxil olub. 1979-cu ildə təhsilini bitirib. 1979-1989-cu illərdə Mingəçevir şəhər 10-saylı orta məktəbində baş müəllim vəzifəsində çalışıb. 1989-1991-ci illərdə Bakıda Kosmik Tədqiqatlar İnstitutunda yazılı tərcüməçi vəzifəsində çalışıb. 1991-1992-ci illərdə Dövlət İqtisad Universitetində İngilis Dili Departamentində müəllim işləyib. 1992-2009-cu illərə kimi Xəzər Universitetinin İngilis Dili Departamentində baş müəllim vəzifəsində çalışıb. Həmçinin 2007-2009-cu illərdə Xəzər Universitetin­də rektor köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən hal-hazıra kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) baş müəllimi işləyir. Gülhəyat Abdullayeva 29 elmi məqalə, 3 dərslik və 3 proqram müəllifidir.

Beynəlxalq Sertifikatları

1.Teaching Knowledge Test (TKT) Module  1 Band 3

2.ESOL  İmtahan, Bakı, İyun, 2011