Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

FÜZULİ ƏSGƏRLİ
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Füzuli Feyruz oğlu Əsgərli 1945-ci ildə Masallı rayo­nunun Çaxırlı kəndində anadan olmuşdur. 1963-cü ildə Masallı rayonunun Çaxırlı kəndi orta məktəbini,  1973-cü ildə Azər­baycan Dövlət Pedaqoji İnstitu­tunun filologiya fakültəsini Azər­baycan dili və ədəbiyyatı müəllimliyi ixisası üzrə bitirmişdir.

1973-1990-cı illərdə pedaqoji universitetdə laborant, baş laborant, tədris ustası, 1990-cı ildən müəllim kimi çalışmışdır. 1990-1997-ci illərdə filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək  filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildə Ədəbiyyatın tədrisi metodikası kafedra­sının dosenti elmi adına layiq görülmüşdür.

100-dən artıq elmi-publisistik məqalənin, 70-ə yaxın elmi-metodik,  4 fənn proqramının,  2 dərs vəsaiti, 1 dərslik və meto­dik tövsiyələrin müəl­lifidir. Dünya xalqlarının bir çox uşaq ədəbiyyatı nümunələrini Azər­baycan dilinə tərcümə etmişdir.

Təltifləri

  1. 2009-cu ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür
  2. 2009-cu ildə “İlin müəllimi” fəxri adına layiq görülmüşdür
  3. 2010-cu ildə “İlin nüfuzlu ziyalısı” fəxri adına layiq görülmüşdür