Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin onlayn görüşü

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin 01 may 2021-ci ildə Microsoft Teams online platformasında (video konfrans formatında) konfransı öz işinə başladı. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icraedən, professor Mahirə xanım Hüseynova digər vacib tədbirdə iştirak etdiyinə görə Konfransın işinin aparılmasını Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə xanım Hacıyevaya tapşırmışdı. Plenar iclasında ADPU-nun elm və innovasiya üzrə prorektoru professor Asəf Zamanov, universitet TEC-nin sədri, analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru Əli Zalov, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə xanım Hacıyeva, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dosent Nazilə xanım Abdullazadə, fakültə TEC-nin sədri baş müəllim Samirə Babayeva çıxış edərək konfrans iştirakçılarına uğurlar arzuladılar. Konfransda fakültənin professor, müəllim və tələbə heyəti iştirak edirdi.
Konfransın işi dil və ədəbiyyat məsələlərinə həsr edilmişdir. Konfrans öz işini aşağıdakı bölmələr üzrə davam etdirdi:
1) Müasir dillərin aktual problemləri
Bölmə rəhbərləri: f.ü.f.d., baş müəllim Mirvari Qasımova və f.ü.f.d., baş müəllim Səidə Dadaşova
2) Ədəbiyyat
Bölmə rəhbərləri: f.ü.f.d., dososent Nazilə Abdullazadə və baş müəllim Yasəmən Babayeva
3) Təlim-tədris prosesində ən son innovativ metodlar
Bölmə rəhbəri: f.ü.f.d., dosent Ülviyyə Hacıyeva
ADPU-nun TEC-nin sədri, analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru Əli Zalov