Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Filologiya Elmi Şurasının Online Görüşü

 

26 noyabr 2020-ci il, saat 1100 – da ADPU-nun Filologiya faкültəsi Elmi Şurasının 2020/2021-ci tədris ilində 3-cü (onlayn) iclası keçirildi. İclası giriş sözü ilə prof. M.Hüseynova açdı: Hörmətli həmkarlar! Hamınızı xoş gördük! Bugünkü Elmi Şuramız yenə pandemiya şəraitinin tələblərinə uyğun olaraq onlayn keçirilir. Elmi Şura üzvləri artıq qeydiyyatdan keçiblər. Yetərsay var. 25 nəfərdən 23 nəfər və aktiv müəllimlər, fakültənin tyutorları iclasda iştirak edirlər. İclasa başlaya bilərik. İclasın gündəliyində iki məsələ var: 1.Payız imtahan sessiyasınına hazırlığın vəziyyəti, qarşıda duran vəzifələr; 2 Cari məsələlər.

     Birinci məsələ ilə bağlı Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova məlumat verdi: Əvvəla hamınızı xoş gördük. Hamınızı sağ-salamat burda görməyimə şadam. İlk növbədə, hər biriniz özünüzü qorumalısınız. Sonra Azərbaycanın böyük qələbəsi naminə hər birinizi təbrik edirəm, hamımızın gözləri aydın olsun deyirəm. Ali Baş Komandanımıza və Müzəffər Ordumuza təşəkkürlərimizi çatdırıram ki, bizə, xalqımıza bu günü yaşatdılar. Bunlar öz yerində. Biz də öz cəbhəmizdə möhkəm dayanmalıyıq. İkinci gözəgörünməz düşmənə-pandemiyaya qarşı mübarizəmizi davam etdirməliyik. Təhsilimizi axsatmamalıyıq. Bizim magistr mövzularının təsdiqindən başqa cari məsələmiz yoxdur. Razim müəllim buraxılış işlərinin, digər kafedralar və Xarici Dillər Mərkəzi isə magistr dissertasiyalarının mövzularını təqdim edib. Həmin mövzular bir neçə gündür ki, təqdim edilib. Kafedra müdirləri ilə müzakirə edilib. Bir-bir oxumağa ehtiyac yoxdursa, qəbul edək. 

Şura üzvlərinin razılığı ilə mövzular səsə qoyulub təsdiq edilir.