Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

FİKRƏT XALIQOV
(filologiya elmləri doktoru, professor)

Fikrət Ramazan oğlu Xalıqov 1949-cu ildə Şəkidə ana­dan olmuşdur. 1966-cı ildə Baş Layısqı orta məktəbini bitirmiş­dir. 1966-1971-ci illərdə ADİ-nin Avropa dilləri fakültəsinin alman və Azərbaycan dilləri ixtisası üzrə təhsil almışdır.1971-1973-cü illərdə Qəbələ rayonu Mirzəbəyli kənd məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1974-cü ildə Ağdam şəhərində Maarif işçiləri evində müavin kimi fəaliyyət göstərmişdir. 1979-1992-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışmış­dır. 1984-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən Azərbaycan Müəllimlər İnsti­tutunun Azərbaycan dili, ədəbiyyat və onun tədrisi kafedrasının dosenti olmuş, 2007-ci ildən 2015-2016-cı tədris ilinə kimi həmin kafedranın müdiri olmuşdur. 2004-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ildə Azərbaycan Respublika­sının Prezidenti yanında Ali Attestasiya Komisiyasının filolo­giya elmləri üzrə ekspert şurasının üzvü təyin edilmişdir. 2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnolo­giya­sı kafedrasında müəllim kimi fəaliyyət göstərir.