Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

FAİDA İSAYEVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Faidə Davud qızı İsayeva 24 may 1959-cu ildə Xudat şəhə­rində anadan olub. 1975-ci ildə Bakı şəhərində 244 saylı orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinə qəbul olub. 1982-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildən ADPU-nun “Xarici dillər” kafedrasının laborantı, 1993-cü ildən isə həmin kafedra­nın müəllimi kimi işləyir. 2007-ci ildə namizədlik disser­tasi­yasını müdafiə edib, 2013-cü ildə dosent elmi adı verilib. Hazırda Xarici Dillər Mərkəzinin dosenti vəzifəsində işləyir. F.İsa­yeva “Xarici Dillər Mərkəzi” tədris-metodiki şurasının üzvü­dür.

Respublika daxilində 6 proqram, 25 məqalə, 1 tezisin müəllifidir.

Ailəlidir, 2 övladı var.