Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

FƏXRƏDDİN YUSİFOV
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Fəxrəddin Allahverdi oğlu Yusifov 1956-cı ildə Gürcüstan Respub­likası Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. İlk təhsilini Muğanlı kənd orta məktəbində almışdır. 1973-ci ildə məktəbi bitirib H.Zərdabi adına GDPİ-nin filolo­giya fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra tə­yinatla Füzuli Rayonunun Böyük Bəh­mənli kənd orta mək­təbində ixtisası üzrə müəllim vəzifəsində çalışmış,  1980-ci ildə istehsalatdan ayrılmaqla ADPU-nun (keçmiş V.İ. Lenin adına APİ-nin) aspiranturasında   təhsil almışdır. 1983-cü ildə Ədəbiy­yat və onun tədrisi metodikası kafedrasında baş laborant kimi əmək fəaliy­yətinə başlamışdır.  1988-ci ildə “Folklorun tədrisi pro­sesində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi yolları (V-VII siniflər)”  adlı nami­zədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi  adını almışdır. 1990-cı ildən həmin kafedrada müəllim,  baş müəllim, dosent vəzifə­lərini tutmuşdur. 2010-cu ildə respublika üzrə keçirilən elektron təhsil müsabiqəsində mükafat və diploma layiq görül­müşdür.

30-a qədər elmi-metodik məqalənin, 3 proqram,  9 dərslik  və dərs vəsaitinin  müəllifidir.

Ailəlidir, iki oğlu var.