Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

FƏRİDƏ SƏFƏRƏLİYEVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Fəridə Akif qızı Səfərəliyeva 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.1995-ci ildə Bakı şəhərinin 116 saylı orta məktəbi bitirmişdir. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili, 1999-2001-ci illərdə magistr təhsili almışdır. 2002-ci ildə ADPU-nun “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə  yenidən hazırlanma təhsili üzrə tam kursu bitirmiş, 2001/2010-cu illərdə ADPU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi işləmişdir. 2010-cu ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərir. Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent­dir. O, 28 elmi-metodik məqalənin  müəllifidir.