Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ESMİRA MƏMMƏDOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Esmira Fərhad qızı Məmmədova 1983-cü il 12 mayda  Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərinin  Xəzər rayonu 26 saylı tam orta məktəbi bitirmiş, 2000-2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda   “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili, 2004- 2006- cı illərdə magistr təhsili almış­dır. 2006-2008-ci  illərdə Azərbaycan Müəllimlər İnstitutunda operator, 2008-2016-cı illərdə  Azərbaycan Müəllimlər İnstitutunun İbtidai və məktəbə­qədər təhsilin metodikası kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2016-cı ildən pedaqogika üzrə fəlsəfə doktorudur. 2016-cı ildən ADPU-nun Azərbaycan  dili və onun tədrisi metodikası kafedra­sında müəllim kimi fəaliyyət göstərir. O, 20 elmi-metodik məqalənin müəllifidir.