Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ESMİRA AĞAMİRZƏYEVA
(Filologiya üzrə fəlsəfə doktoru, müəllim)

Esmira Həmzəağa qızı Ağamirzəyeva 1980-cı il iyun ayının 1-də Şamaxı rayonunda ziyali ailəsində anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhəri 249№-li orta məktəbində oxumuşdur.1997-ci ildə Azərbaycan Dillər Universitetinin Filo­lo­giya fakültəsinin ingilis dili ixti­sa­sının bakalavr pilləsinə qəbul  olmuş və 2001-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Azərbaycan Dillər Uni­versitetinin Filologiya fakültəsinin İngilis dilinin tədrisi metodologiyası və metodikası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə bitirmişdir. 2004-2006-cı illərdə Qafqaz Univer­sitetində İngilis dili fən­nini tədris edib. 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin İngilis dili  kafedrasında müəllim vəzifəsində çalışır. 2008-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına qəbul olun­muş­dur. Respublika daxilində 8, respublikadan xaricdə 1 məqalənin müəllifi­dir.

Ailəlidir, 2 övladı var.

Beynəlxalq sertifikatar:

  1. Teaching Knowledge Test (TKT) Module 1-band 3
  2. Teaching Knowledge Test (TKT) Module 2-band 3
  3. Teaching Knowledge Test (TKT) Module 3-band 3