Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ELŞAD ABIŞOV
(filologiya üzrə fəlsəfə doktoru, dosent )

Elşad Şərəfxan oğlu Abışov 1974-cü ildə Laçın rayo­nunun Vəli­bəyli kəndində doğulub. 1996-cı ildə V.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1996-2005-ci illərdə 31 N-li Laçın rayon orta məktəbində müəllim işləyib. 2000-2004-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 2007-ci ildə “Laçın rayonu ono­mastik vahid­lərinin linqvistik təhlili” mövzusunda namizədlik dissertasiya­sını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

  1. Abışov 2006-2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifə­lərində çalışıb, 2014-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Azərbaycan dili və onun tədrisi meto­dikası” kafedrasının dosenti olub, 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında dosent vəzifəsində çalışır.