Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ELNARƏ NİFTƏLİYEVA
(baş laborant)

Elnarə Gülağa qızı Niftəliyeva 09 noyabr 1981–ci ildə  Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Nəsimi  rayonu, Samir Hacıyev adına, 5 saylı orta məktəbə qəbul olun­muş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 2004-cü ildə təhsilini başa vurmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müqayisəli dilçilik” ixtisası üzrə   magistratura təhsili almış və 2006-cı ildəmagistraturanı  fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2016-cı ilə kimi ADPU-da Müasir Azərbaycan dili kafedrasının baş laborantı vəzifəsində  işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Univer­sitetində Azərbaycan dili ixtisası üzrə qiyabi doktorantdır. 2016-cı ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında baş laborant vəzifəsində  çalışır. E.Niftəliyeva 16 elmi məqalənin müəllifidir.

Ailəlidir, 2 övladı var.