Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ELMAN QULİYEV
(filologiya elmləri doktoru, professor)

Elman Hilal oğlu Quliyev 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1999-cu ildə Mirzə Uluğbəy (Özbəkistan) mükafatı almış, 2007-ci ildə C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, iki dəfə “İlin alimi” (2007, 2010) və «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici öl­kələrdə çap edilmişdir. Elmin inkişafı və türk ədəbiyyatı problem­lərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətən­pərvər alim» qızıl medalına (2011), Türkiyə Respublika­sının Azərbay­candakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı» mü­kafatına (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin geniş­lənməsində xidmətlərinə və fəaliyyətinə görə  TÜRKSOY-un “Yusif Xas Hacib” və “Molla Pənah Vaqif” medallarına layiq görülmüşdür. Hazırda ADPU-nun Türk odası və Türk araşdırmaları elmi-tədqiqat mərkə­zinin elmi rəhbəridir. Azərbaycan Milli Elmlər Akade­miyasının akad. Z.Bün­ya­dov adına Şərqşünaslıq İnstitutu nəz­dində fəaliyyət göstərən Disser­ta­si­ya Şurasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvü­dür.

15 kitabın, 8 proqram, 200-ə qədər elmi məqalənin (bunlar­dan 50-si xaricdə çap olunub) müəllifidir.