Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ƏDƏBİYYAT KAFEDRASI

 

Ədəbiyyat kafedrasının tarixi 1921-ci ildən boy göstərməyə başlayıb. “Dil ədəbiyyat kafedrası” kimi fəaliyyətə başladığı ilk dövrdə (1921-1924)kafedraya Talıbzadə başçılıq etmişdir. 

Sonrakı illərdə B.Çobanzadə, Ə.Haqverdiyev, Əli Nazim, M.Rəfili, F.Qasımzadə, M.Məmmədov, P.Əfəndiyev, H.Qasımov rəhbərlik etmişdir. Universitetin “İctimai-lisaniyyət” şöbəsinin tərkibində “Dil-ədəbiyyat”  bölməsi, sonralar  “Dil-ədəbiyyat”, “Ədəbiyyat”, “Ədəbiyyat-incəsənət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı tarixi” adı ilə fəaliyyət göstərib. 

2019-cu ildən kafedra Ədəbiyyat kafedrası adlanır və kafedraya dos.Razim Məmmədov başçılıq edir.

Hazırda kafedrada 17 nəfər- 6 nəfər elmlər doktoru, professor (Himalay Qasımov, Elman Quliyev, Təyyar Cavadov, Mahmud Allahmanov, Tərlan Novruzov, Ramil Əliyev), 4 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent (Razim Məmmədov, Təranə Rəhimli, Qüdrət Umudov, Sakibə Ələsgərova), 3 nəfər fəlsəfə doktoru- baş müəllim (Təranə Əzimova, Yeganə Qasımova, Məlahət Babayeva), 4 nəfər fəlsəfə doktoru, müəllim (Əntiqə Qəhrəmanova, Ulduz Qəhrəmanova, Şahanə Məhərrəmova, Pərvin Nurəliyeva), 1 nəfər böyük laborant (Aytən Heybətova), bir nəfər laborant (Ətrabə Səfərova) çalışır.