Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ƏDƏBİYYATIN TƏDRİSİ 

TEXNOLOGİYASI KAFEDRASI

 

Ədəbiyyatın tədrisi texnologiyası  kafedrası 1973-cü ildə müstəqil kafedra olaraq “Ədəbiyyat və onun tədrisi  metodikası” adı altında  yaranmışdır. Kafedranın yaradıcısı və ilk müdiri folklorşünas alim Fərhad Fərhadov olmuşdur. Yarandığı gündən kafedrada iki fənn – Ədəbiyyatın  tədrisi metodikası, Uşaq ədəbiyyatı fənləri tədris olunmuşdur.

1994-1998-ci illərdə kafedra “Ədəbiyyatın tədrisi metodikası” və “Uşaq ədəbiyyatı” adları ilə iki müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. “Ədəbiyyatın tədrisi metodikası” kafedrasına prof. Aydın Hacıyev, “Uşaq ədəbiyyatı” kafedrasına isə prof. Zahid Xəlil rəhbərlik etmişdir. 1998-ci ildən hər iki kafedra “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrası adı altında birləşdirilmişdir. 2019-cu ildə kafedranın adı dəyişdirilərək “Ədəbiyyatın tədrisi texnologiyası” adlandırılmışdır. Kafedranın professor-müəllim heyəti 20 nəfərdən ibarətdir: 2 nəfər professor, 14 nəfər dosent, 1 nəfər baş müəllim, 3 nəfər müəllim, 1 nəfər lobarant. Kafedrada Magistratura pilləsi üzrə (Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə) AMMEF (Fənlərarası əlaqənin problemləri), Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan ədəbiyyatının tədrisi tarixi, Azərbaycan ədəbiyyatının tədrisi metodikası, Ədəbi əsərlərin öyrədilməsində fəal interaktiv təlimin rolu (seçmə fənn), Ədəbiyyatın tədrisi metodikası, Ədəbiyyatın tədrisi metodikasının müasir problemləri, Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası, Klassik ədəbiyyatın tədrisində müasir yanaşmalar (seçmə fənn), bakalavr pilləsi üzrə İfadəli oxudan praktium, Ədəbiyyatın tədrisi metodikası (Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə), Uşaq ədəbiyyatı (İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Korreksiyaedici təlim ixtisası üzrə) fənni tədris olunur. Hazırda kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə rəhbərlik edir.