Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

CƏMİLƏ MƏHƏRRƏMOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Cəmilə Oruc qızı Məhərrəmova 1949-cu il  Tovuz rayo­nunun Bayramlı kəndində doğulub. 1966-cı ildə Qovlar kənd ortaməktəbini bitirib, Düzqırxlı kənd orta məktəbində laborant vəzifəsində çalışmışdır.

1976-cı ildə V.İ.Lenin adına (indiki ADPU) Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini bitirmiş və 1977-ci ilin iyun ayından həmin institutun tədris hissəsində statistik, sonra inspektor kimi fəaliyyət göstərmişdir. 1982-ci ildə insti­tutun Azərbaycan ədəbiyyatının tədrisi metodikası kafedrasına baş laborant vəzifəsinə keçirilmişdir.1989-cu ildə “C.Cabbarlı irsinin Azərbaycan ədəbiyyatşünaslığında tədqiqi (30-70-ci illər)” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.1990-cı ildən Ədəbiyyatın tədrisi metodikası kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1998-ci ildə kafedranın do­senti elmi adını almışdır. 40-dan çox elmi-nəzəri və publisis­tik məqalənin müəllifi­dir.

“Azərbaycan uşaq ədəbiyyatında ənənə və novatorluq” (1997), “1970-1980-ci illər Azərbaycan uşaq ədəbiyyatı” (1997) adlı metodik vəsaitlərin, 70-dən çox elmi-nəzəri və publisistik məqalələrin müəllifidir.

2012-ci ildə yüksək ixtisaslı kadrların hazırlanması sahə­sində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respub­likası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmiş­dir.

Ailəlidir,  3 övladı, 4 nəvəsi var.