Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

CƏMİLƏ BƏHMƏNOVA
(baş müəllim)

Cəmilə Dünyamalı qızı Bəhmənova 1954-cü il dekabrın 18-də Ağdam rayonunun Şelli kəndində anadan olub.1972-ci ildə Şelli – Qaradağlı kənd orta məktəbin  10-cu sinifini bitirib. 1973-1974-cü tədris ilində M.Əzizbəyov adına Şuşa Pedaqoji texnikumun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi üzrəibtidai sinif müəllimi ixtisasını bitirib. 1984-1985-ci tədris ilində KDPİ (Gəncə Dövlət Pedaqoji Uni­versiteti) qəbul olub, 1989-cu ildə həmin institutun İbtidai təhsilin peda­qogikası və metodikası fakültəsini bitirib. 1992-1995-ci illərdə Əziz­bəyov rayon 273 saylı orta məktəbində sinif müəllimi və direktor müa­vini vəzifəsində işləmişdir.

1998-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutu­nun “İbtidai və məktəbəqədər təhsilin metodikası” kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.

2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azər­bay­can dili və onun tədrisi texnologiyası kafedrasında baş müəllimdir.

4 kitab və 32 elmi-metodik məqalənin müəllifidir.