Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

CƏMALƏ HƏSƏNOVA
(müəllim)

Cəmalə Fazil qızı Həsənova 11 may 1980- ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 267 sayli orta məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Dillər Universitetinin Roman-German Filologiyası fakültəsinə qəbul olmuş, 2001- ci ildə universitetin bakalavr pilləsini bitirmiş və həmin ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq istiqaməti üzrə magistratura pilləsinə qəbul olmuş, 2003-cü ildə magistratura pilləsini bitirmişdir. 2001-2003 cü illərdə Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbdə ingilis dili müəllimi kimi iş fəaliyyətimə başlamışdır. 2003-cü ildən Azərbaycan  Dövlət Pedaqoji Universitetinin Xarici Dillər (indiki Xarici Dillər Mərkəzinin) kafedrasında  müəllim vəzifəsində çalışır. O, respublika daxilində elmi jurnallarda 12 məqalə, xarici jurnallarda isə 1 tezis nəşr etdirmişdir.

Ailəlidir , 1 övladı  var.