Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

BULUDXAN XƏLİLOV
(filologiya elmləri doktoru, professor
Müasir Azərbaycan dili kafedrasının müdiri )

Buludxan Əziz oğlu Xəlilov 1966-cı ildə Qərbi Azərbay­canın Amasya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. 1990-cı ildə V.İ.Lenin adı­na Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fa­kültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində C.Cabbarlı adına olan yüksək təqaüdlə oxumuşdur. Biliyini, bacarı­ğını, həm də elmə olan böyük marağını nəzərə alaraq Müasir Azərbaycan dili kafedrasının, o cümlədən Azər­baycan Pedaqoji İnstitutunun rek­tor­lu­ğu­nun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat böl­güsündə gənc mütəxəssis kimi Filologiya fakültəsinin Müasir Azər­baycan dili kafedrasında laborant kimi saxlanılmışdır. 1985-1987-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışır. B.Ə.Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin dekabr ayından Müasir Azərbaycan dili kafed­rasının müdiri vəzifəsində çalışır.

Prof.B.Ə.Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun   400-dən çox elmi, elmi-publisistik əsəri çap edil­­miş­dir. Bunlar­dan 45-i mono­qrafiya, dərslik və dərs vəsaiti­dir.

B.Ə.Xəlilov Azərbaycan Yazıçılar Birliyinin, Azərbay­can Jur­nalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs komissi­ya­sının üzvüdür. 2003-2004-cü illərdə AAK-nın Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olmuşdur.

2006-cı ildə Azərbaycanda təhsil sisteminin inkişafındakı xid­mətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. B.Ə.Xəlilov 2001-ci ildə İlin alimi no­minasiyasının, 2003-cü ildə Vektor Beynəlxalq Elm Mərkəzi Mükafat Ko­mis­siyasının qərarı ilə Azərbaycanın gənc alimləri Beynəlxalq layi­həsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərə­findən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sa­hə­sindəki xidmətlərinə görə Qızıl qələm fəxri mükafatı laureatı seçilmiş, 2006-cı  ildə XXI əsrin ziyalısı adına layiq görülmüşdür. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cüm­huriyyətinin KIBATEK Akademik ÜYESİ diplomunu almış, KIBATEK Akademik Üyesi seçilmişdir. 2006-cı ildə VII Uluslararası Türk dili Qurultayında məruzə ilə çıxış etmişdir.

2007-2008-ci tədris illərində  ADPU-da “İlin müəllimi”, 2011-ci və 2013-cü illərdə “İlin alimi”müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildən Prezident təqaüdçüsüdür (Yazıçılar Birliyinin üzvü kimi). 2011-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatına layiq görülmüşdür. 2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının, 2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür. 2013-cü ildən Türkologiya jurnalının Azərbaycan dili, terminologiya üzrə sahə redak­torudur.

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçi­vəsində tədbirlərə verdiyi dəstəyə görə “Onur bəlgəsi” ilə, azərbaycanlı şair Molla Pnah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbirdə TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov  tərəfindən “Molla Pənah Vaqif” medalı ilə təltif edilmişdir. 2018-ci ildə ADPU-nun Filologiya fakültəsinin inki­şafında xidmətlərinə görə rektorluq tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

O, dövlətimiz tərəfindən “Əməkdar müəllim” fəxri adı ilə, Azər­baycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və bir sıra digər fəxri fərmanlar ilə (1973, 2008) təltif edilmiş, həmçinin dəfələrlə ADPU-nun rəhbərliyinin fəxri fərmanlarına layiq görülmüşdür.