Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

BİLAL HƏSƏNLİ
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Bilal Ağabala oğlu Həsənli 1953-cü ildə Salyan rayo­nunun Xıdırlı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirib Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olur və  fərqlən­mə diplomu ilə bitirib kənd məktəbində Azər­baycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-79-cu illərdə APİ-nin aspiranturasında Ədə­biy­yatın tədrisi metodikası ixtisası üzrə təhsil alıb.

1989-cu ildə “Ədəbiyyatdan sinifdənxaric oxunun proq­ram mate­rialları ilə əla­qələndirilməsi yolları” mövzusunda dissertasiya müda­fiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

1990-cı ildən 2016-cı ilədək Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatı və tədrisi metodi­kası kafedrası­nın müəllimi, baş müəllimi, dosenti, kafedra müdiri işləmişdir. 2016/17-ci tədris ilindən Azərbaycan  Dövlət   Peda­qoji   Universiteti    Ədəbiyyatın tədrisi metodi­kası kafedrası­nın  dosentidir.

Ümumtəhsil məktəblərinin 5-ci, 6-cı, 9-cu sinifləri üçün “Ədə­biyyat” dərslikləri, X-XI siniflər üçün  “Ədəbiy­yat müntəxəbatı» dərs vəsaitləri şərikli nəşr olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində tətbiq olunan V-XI siniflər üçün ədəbiyyat fənn kurikulumunun həmmüəllifidir.

Təhsil Nazirliyi ilə  Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nü­mayəndəliyinin əməkdaşlıq müqaviləsinə uyğun olaraq ədəbiy­yat dərslə­rində beynəlxalq humanitar hüquq üzrə biliklərin öyrənil­məsinə həsr olunmuş 5-ci sinif şagirdləri üçün “Hamımız bir günə­şin zərrəsiyik”, 6-cı sinif şagirdləri üçün “Dünya mənim, dünya sə­nin” adlı orijinal dərs vəsaitlərinin və müəllim  üçün  metodik  vəsaitlərin  müəllifidir.

“Azərbaycan məktəblərində beynəlxalq humanitar hüquq üzrə bilik­lərin öyrənilməsi” dərs vəsaiti BQXK tərəfindən nəşr olun­muşdur. Cenevrədə çıxan “Beynəlxalq Qırmızı Xaç və Qırmızı Ay­para” jur­nalında “Dünya sənin, dünya mənim” kitabı haqqında məqalə dərc olun­muşdur. Həmin əsərlər Moskvada çıxan «Kataloq izdaniy. Mej­du­na­rodnıy Komitet Krasnoqo Kresta» kitabına daxil edilmişdir.

A­li və orta məktəblər üçün 40 monoqrafiya, dərslik, dərs vəsa­iti, 8 proqram, respublikamızda və xaricdə nəşr olunmuş 97 jurnal, 60-dək qəzet məqaləsinin müəllifidir. 22 beynəlxalq elmi konfransda, 21 respublika konfransında iştirak  etmişdir.

Ailəlidir, 2 övladı  var.

Təltifləri

  • 2003-cü ildə akademik Mehdi Mehdizadə adına mükafata layiq görülmüşdür.
  • 2009-cu ildə Azərbaycan Respublikası  Prezidentinin  fərmanı ilə Respub­li­ka­nın  Əməkdar  müəllimi  adına  layiq  görülmüşdür.