Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

BƏNÖVŞƏ ƏSGƏROVA
(müəllim)

Bənövşə Allahverdi qızı Əsgərova 1985-ci il iyunun 5-də Naxçıvan Muxtar Respublikasınin Şərur rayonunda anadan olmuşdur. 1991-cı ildə Bakı şəhərində 47nömrəli orta  məktəbə daxil olmuş, 2001-ci ildə məzun olmuşdur.  2001-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili və Ədəbiyyatı müəllimi) fakültəsinə 655 balla daxil olmuş,2005-ci ildə həmin fakültənini bitirmişdir. 2005-ci ildə Azərbay­can Dillər Universitetinin magistr pilləsinin Dilşünaslıq (İngilis dili) fakültəsinə daxil olmuş, 2007-ci ildə magistr pilləsini  tamam­lamışdır. 2015-ci ildən ADPU-nun İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) müəllimi vəzifəsində çalışır. B.Əsgərova respublika daxilində 9 məqalənin müəllifidir.

Ailəlidir, 2 oğlu və 1 qızı var.

Beynəlxalq Sertifikatları:

1.Teaching Knowledge Test(TKT) Module 1: Band 4

2.Teaching Knowledge Test(TKT) Module 2 : Band 3

3.Teaching Knowledge Test(TKT) Module 3: Band 3