Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

BƏHRAM MƏMMƏDOV
(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Bəhram Cəfər oğlu Məmmədov1982-ci il yanvar ayının 21-də Xaçmaz rayonun Xanlıqoba kəndində anadan olmuşdur. 1997-ci ildə Xaçmaz rayonu Xanlıqoba kənd natamam orta məktəbi, 1999-cu ildə Sayad kənd orta məktəbini bitirmişdir. 1999-2000 Xaçmaz rayonu Xanlıqoba kənd əsas məktəbində “Uşaq Birliyi” rəhbəri işləmiş, 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya  fakültəsini, 2006-cı ildə magistraturanı Dilşünaslıq istiqaməti üzrə fərqlənmə diplo­mu ilə bitirmişdir. ADPU-nun “Dədə Qorqud” Elmi-Tədqiqat laborato­riyasında elmi işçi kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə “Xaşmaz rayonunun onomastik vahidlərinin tarixi-linqvistik təhlli” möv­zu­sunda  fəlsəfə doktoru proqramı üzrə  dissertasiya müdafiə etmişdir.

2016-cı ildə Azərbaycan dilinin tədrisi metodikası kafed­rasına seşki yolu ilə müəllim vəzifəsinə seçilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Mobillik Qrant layihəsi”nin qalibi olmuşdur.

20-dən artıq elmi məqalənin müəllifi və iki kitabın tərti­batçısıdır. Respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.