Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AZƏRBAYCAN DİLİ VƏ ONUN TƏDRİSİ 

TEXNOLOGİYASI KAFEDRASI

 

Təməli 1947-ci ildə yaranan kafedra 1957-ci ilədək “Azərbaycan dili və onun tədrisi metodikası” adı altında fəaliyyət göstərmiş, 1957-ci ildə isə  prof. Ə.Dəmirçizadənin rəhbərlik etdiyi “Azərbaycan dili” kafedrasına birləşdirilmişdir. 1959-cu ildə yenidən kafedranın bazası əsasında “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrası yaradılmışdır. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük Şurasının 09.07.2019-cu tarixli qərarı ilə kafedranın adı “Azərbaycan dili və onun tədrisi texnologiyası”  adlanır. 

Kafedraya təsis olunduğu gündən 1979-cu ilədək görkəmli metodist-alim prof. A.Abdullayev, 1979-cu ildən 2009-cu ilədək prof. Həsən Balıyev, 2011-ci ildən 2018-ci ilədək prof. Əzizxan Tanrıverdiyev rəhbərlik etmişdir. 

Hal-hazırda kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Abbasova rəhbərlik edir.  

Kafedrada 4 professor, 15 dossent, 9 baş müəllim, 9 müəllim vardır.