Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AZƏRBAYCAN DİLÇİLİYİ KAFEDRASI

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrası 1943-cü ildə Azərbaycan EA-nın müxbir üzvü,  prof.Əbdüləzəl Dəmirçizadə tərəfindən təşkil olunmuş, bu günə qədər Dəmirçizadə ənənəsini davam etdirir. Hal-hazırda onların yaratdığı ənənəni həmin kafedranın müdiri prof.N.Xudiyev və əməkdaşlar–prof. N.Əsgərov, f.ü.e.d., dos.H.Hüseynova, dos.R.Həsənov, dos.Q.Mustafayeva, dos.V.İsrafilov, dos.Y.Yusifov, f.ü.f.d., dos. İ.Kərimova,  f.ü.f.d., baş müəllim X.Əliyeva, f.ü.f.d., baş müəllim T.Nağıyeva  və başqaları davam etdirir. Alimin hazırladığı “Azərbaycan ədəbi dilinin tarixi”, “Müasir Azərbaycan dili”, “Azərbaycan dilinin üslubiyyatı”, “Kitabi-Dədə Qorqud” dastanlarının dili”, ”Azəri ədəbi dili tarixi” və digər  dərslik və dərs vəsaitləri hazırda respublikanın müxtəlif ali məktəblərinin filologiya fakültələrinin  əsas dərs vəsaitidir. 1979-cu ildən 2009-cu ilə kimi  Azərbaycan MEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, prof.A.Qurbanov kafedraya rəhbərlik etmişdir. 

2010-cu ildən kafedraya Əməkdar elm xadimi, filologiya elmləri doktoru, prof.Nizami Mənaf oğlu Xudiyev müdir təyin edilmiş və hal-hazıra kimi rəhbərlik edir. Onun da Azərbaycan dilçiliyi ilə bağlı xeyli sanballı dərslik, dərs vəsaiti və monoqrafiyaları nəşr edilmişdir.