Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AYTƏN MƏMMƏDLİ
(müəllim)

Aytən Əhəd qızı Məmmədli 1991-ci il yanvarın 28-də  Bakı şəhə­rində anadan olmuşdur. 2008-ci ildə 291 saylı Araz Ekologiya liseyini bitirmişdir. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin İngilis dili müəllimi ixtisasını bitirmişdir.2015-ci ildə isə həmin universitetin (İngilis ədəbiyyatı) magistr diplomunu almışdır. 2017-ci ildən Bakı Slav­yan Universitetinin Dünya Ədəbiyyatı və ədəbiy­yat nəzəriyyəsi (İngilis ədəbiyyatı ixtisası üzrə) kafedrasının dokto­rantıdır. 2013-cü ildə “Yapı Kredi Bank Azərbaycan” QSC müəssisə­sində Bankın Plastik Kartların əməliyyatı üzrə köməkçi, 2014-cü ildə  Bakı Şəhər Təhsil İdarəsinin göstərişi ilə  311 saylı tam orta məktəbdə ingilis dili müəllimi, 2014-2016-cı ildə 142 saylı tam orta məktəbdə ingilis dili müəllimi, 2016-2017-ci ildə  ADPU-nun “İngilis dili və onun tədrisi metodikası” kafedrasında tam ştat müəllim, 2017-ci ildən ADPU-nun “İngilis dili kafedrasında tam ştat müəllim (indiki Xarici Dillər Mərkəzi) işləyir. A.Məm­mədli respublika daxilində 11, respublikadan xaricdə 4 məqa­lənin müəllifidir.

Beynəlqxalq  Sertifikatları

1.İELTS (academic) overall band score 6

2.Teaching Knowledge Test (TKT) Module 1; BAND 3

3.Teaching Knowledge Test (TKT) Module 3; BAND 3