Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AYNUR MƏMMƏDOVA
(müəllim)

Aynur Akif qızı Məmmədova  8 iyun 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 1999-cu ildə Naxçıvan şəhər Puşkin adına 3 saylı orta məktəbi bitirib. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Filologiya (İngilis dili) fakültəsinə qəbul olub və 2003-cü ildə bakalavr səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin Dilşünaslıq (İngilis dili) ixtisasını bitirib.

2005-2006-cı illərdə ADPU-nun Xarici Dillər kafedrasında baş laborant, 2006-cı ildən isə ADPU-nun İngilis dili kafedrasında (indiki Xarici Dillər  Mərkəzi) ingilis dili müəllimi olaraq çalışır. 2017-ci ildən fəlsəfə doktoru proqramı üzrə Naxçıvan Dövlət Universitetinin German dilləri ixtisası üzrə dissertantıdır. Çoxsaylı beynəlxalq seminar və konfrans iştirakçısıdır.

Aynur  Məmmədovanın  respublikadaxili 10 elmi məqaləsi var.

Ailəlidir, 3 övladı var.