Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AYGÜN ZAMANOVA
(fakültə tyutoru)

Aygün Səlim qızı Zamanova 1983-cü il 12 oktyabrda Sumqayıt şəhərində anadan olmuşdur. 1990-2000-ci illərdə Sumqayıt şəhəri, 8 saylı  məktəbdə orta təhsilini başa vuran A.Zamanova 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olmuş və 2006-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatın tədrisi meto­dologiyası və metodikası ixtisası üzrə magistr dərəcəsi alan A.S.Za­manova 2012-ci ildən ADPU-nun Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası) ixtisasının fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alır.  2002-2008-ci illərdə Sumqayıt şəhəri, 8 saylı orta məktəbdə laborant vəzifəsində çalışmışdır. A.S.Zamanova 2010-cu ilindən ADPU-nun Filologiya fakültəsində tyutor vəzifəsində çalışır. İşlədiyi müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi kompyuter kurslarında iştirak etmişdir (26.12.2005-ci il). Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi ADPU, 13.09.2010-13.10.2010 tarixlərdə tyutor işinin təşkili haqqında kursu bitirmişdir. Azərbaycan, türk, rus, ingilis dillərini bilir.

Ailəlidir,  2  övladı var.

Ailəlidir, 1 övladı var.