Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AYGÜN QOCAYEVA
(baş müəllim)

Aygün Rəşid qızı Qocayeva 1983-cü  il  avqustun  31-də Qazax  rayonunun  Çaylı kəndində anadan olub. 1989-2000-ci  illərdə  Qazax rayonu Çaylı kənd 1saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 2000-2004-cü illərdə ADU-nun Filologiya fakültəsində “Fransız dili müəllimi” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2004-2006-cı illərdə ADU-da “Dilsünasliq” üzrə magistr diplomu ilə təhsilini başa vurmuşdur. 2005-2008-ci illərdə Azərbaycan Dövlət Televizi­yasının “Lider” və “İctimai” televiziya kanallarında fransız dilində efirə gedən bir çox sənədli və  bədii filmlərin azərbaycan dilinə tərcümə etmişdir. 2012-ci ildən ADU-nun dissertantıdır. 2006-cı ildən ADPU-nun Xarici dillər (indiki Xarici Dillər Mərkəzi) fransız dili müəllimi kimi çalışır.. Eyni zamanda ADPU-nun Fransız dili ixtisası üzrə keçirilən dövlət imtahanlarında katib kimi çalışmışdır. Bir çox elmi məqalələrin müəllifi universitet və respublika miqyaslı elmi-praktik və təhsillə bağlı konfransların iştirakçısı olmuşdur. Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə­lərin  elmi işlərinə rəhbərlik etmişdir. III- IV kurs tələbələrinin pedaqoji təcrübə rəhbəri olmuşdur. 2003-cü ildən Yeni Azər­baycan Partiyasının üzvüdür. A.Qocayeva  9 məqalə və 1 tezisin müəllifidirş

Ailəlidir, 2  övladı var.