Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AYGÜN İSMAYILOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Aygün İdris qızı İsmayılova 1959-cü il iyulun 1-də Tovuz  rayonunda  ziyali ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi  bitirib. 1976-1981-ci illərdə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun alman-ingilis dilləri şöbəsini bitir­mişdir. 1991-ci ildən Vladimir İliç Lenin adına APİ-nin (indiki-ADPU) Xarici dillər kafedrası üzrə baş laborant,müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.1997-ci ildə dissertasi­yanı müdafiə edərək “Pedaqogika elmləri namizədi” elmi dərə­cəsinə layiq görülmüşdür.

Hal-hazırda ADPU-nun “Xarici Dillər Mərkəzində “ dosent vəzifəsində çalışır.

A.İsmayılova 27 məqalə və tezis, 6 proqram, 2 dərs vəsaiti və 4 metodik göstərişin müəllifidir.