Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

AYGÜN ƏHMƏDOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Aygün Şükür qızı Əhmədova 1963-cü  ildə  Qərbi Azər­baycanın Basarkeçər  rayonunda  anadan olmuşdur. 1980-ci  ildə Bakı şəhərində  orta məktəbi  bitirdikdən sonra keçmiç  Lenin adına Pedaqoji İnstituta daxil olmuşdur.  Ali məktəbi bitirdikdən  sonra  1997-ci  ildə ADPU-nun  ¨Uşaq  ədəbiyyatı¨  kafedrasın­da laborant, baş  laborant  vəzifəsində  çalışmışdır.  2002-ci  ildə kafedrada müəllim, baş müəllim kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə AMEA-da namizədlik disertasiyasını  müdafiə  edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Xaricdə və respublikada keçirilən simpozium və konfrans­larda məruzələrlə çıxış etmiş, bölmə rəhbəri olmuşdur. 40-a yaxın elmi-metodik məqalə və tezisin, 2 fənn proqramı, 2 dərs vəsaiti və 1 monoqra­fiyanın müəllifidir.

Ailəlidir, iki qızı var.