Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ARZU KƏRİMOVA
(müəllim)

Arzu Sabir qızı Kərimova 15 oktyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Yasamal rayonu 158 nömrəli orta məktəbi bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universi­tetinin Filologiya fakültəsinə daxil olmuş, 1988-ci  ildə həmin univer­siteti Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1998-ci ildən ADPU-da çalışır. Bakı Avrasiya Universitetinin fəlsəfə doktoru pilləsi üzrə dissertantıdır. “Nitq söyləmlərinin yaranma və mə­nim­­sənilmə mexanizmi (linqvo-psixoloji aspekt)” mövzu­sunda dis­sertasiya işi üzərində işləyir. Hazırda Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir. O, 2 kitabın, 14 elmi məqalənin müəllifidir.