Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ARİF KAZIMOV
(baş müəllim)

Arif Sədrəddin oğlu Kazımov 1967-ci il 22 iyunda Qərbi Azərbay­canın Kalinino rayonunun Qızıldaş kəndində anadan olmuşdur. 1984-cü ildə Qızıldaş kənd orta məktəbini bitirmişdir. 1984-1991-ci illərdə ADPU-nun Filologiya fakültəsini “Azər­baycan dili və ədəbiyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir, 1992-ci ildəETREİ-nun (indiki Təhsil İnstitutu) Azərbaycan dili tədrisi metodikası şöbəsinin əyani aspiran­tura­sına daxil olmuş, 1995-ci ildə  bitirmişdir. 1992-2004-cü illər­də ETREİ-nun “Azərbaycan dilinin tədrisi metodikası  şöbəsində elmi işçi, kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. 2004-2008-ci illərdə ADPU-nun pedaqoji təcrübə rəhbəri, 2010-cu ildən hal-hazıra kimi Azər­baycan dili və onun tədrisi texnologiyası kafedrasında baş  müəllimdir.

O, 20 kitabın və 70 elmi məqalənin müəllifidir