Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ALLAHVERDİ HACIYEV
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Allahverdi Şəmistan oğlu Hacıyev 1947-ci il 20 apreldə Ermə­nistanın Allahverdi rayonu Zahid kəndində anadan olmuş­dur.1965-ci ildə Bakıda 53 saylı fəhlə-gənclər məktəbini bitir­mişdir. 1967-1971-ci illərdə ADPU-nun Filologiya fakültəsində təhsil almışdır.

1971-1974-cü illərdə Saatlıda S.Vurğun adına orta məktə­bin Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1975-2013-cü ilə qədər ADPU-da metodist, aspirant, nəşriyyat şöbəsinin müdiri, müəllim, dosent vəzifə­lərində çalışmışdır. Hal-hazırda Azərbay­can dili və onun tədrisi texnolo­giyası kafedrasının dosentidir. 5 kitabın və 18  məqalənin müəllifidir.

“Tərəqqi” medalı, 2006, “Qızıl qələm” mükafatı laureatı, 2008, “Əməkdar müəllim” fəxri adı, 2017, Fəxri fərmanlar (Səbail rayon YAP təşkilatı – 2007, 2009,2012, 2015, 2017, 2018), Təşəkkürnamə – ADPU – 2018, “Qarabağ həqiqətləri” me­dia mükafatı- 2004, “Fəxri diplom” – “ Vətən andı” qəzeti- 2005, “Jurnalistlərin dostu” fəxri diplomu -2008, “Fəxri diplom” – “Qanun press” qəzeti-2010, “Fəxri diplom” – “Bizim lider” qəzeti-2010, “İlin alimi” ali media mükafatı –Azər-KJVJHJ-2017