Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ADİL BALIYEV
(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Adil Həsən oğlu Balıyev 1957-ci ilin dekabrın 17-də Zəngilan rayo­nunun Mincivan qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə N.Nəri­manov adına orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakül­təsini  fərqlənmə diplomu ilə bitirmişdir.

1979-1988-ci illərdə Zəngilan rayonu Alıbəyli, Cahan­girbəyli kənd orta məktəblərində müəllim və Zəngilan rayon Maarif şöbəsində meto­dist kimi fəaliyyət  göstərmişdir. 1988-1992-ci illərdə indiki Təhsil İnsti­tu­tunda (o zamankı ETPEİ) əyani aspirant olmuşdur. Həmin institu­tun Ədəbiyyatın tədrisi metodikası şöbəsində kiçik elmi işçi vəzifəsində  işlə­mişdir. 1992-1993-cü illlər Nəsimi Rayon Təhsil şöbəsində  müdir olmuşdur. 1995-ci ildən Tədris hissəsinin müdiri, 2017-ci ildən peda­qogika üzrə fəlsəfə doktorudur. O, 4 elmi, 1 bədii kitabın, 42 elmi məqa­lənin müəllifidir.