Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ƏNTİQƏ QƏHRƏMANOVA
(filologiya üzrə fəlsəfə doktoru, müəllim)

Əntiqə Aslan qızı Qəhrəmanova 1958-ci il noyabrın  11- də Şəmkir rayonunda anadan olmuşdur. 1976-cı ildə BDU-nun filologiya fakültəsini bitirmiş, 1976-cı ildə AMEA- nın Mərkəzi Kitabxanasında Elmi infor­masiya şöbəsində baş redaktor vəzifə­sində işə başlamışdır. AMEA-nın Mikrobiologiya İnstitutun­da kitabxana müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə folklor­şünaslıq mövzusunda elmi iş müdafiə edib. Ali Attestasiya Ko­mis­siyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru diplo­munu almışdır. 1998-2010-cu illərdə özəl universitetlərdə şöbə müdiri və baş müəllim işləmişdir. 2011-2013-cü illərdə Azərbaycan Dillər Univer­sitetində müəllim kimi çalışmışdır. 2013-cü ildən ADPU-nun “Ədəbiy­yat” kafedrasında müəllim işləyir.

2 metodik vəsait, 20 məqalə və 7 proqramın  müəlifidir.