Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ƏDALƏT ABBASOV
(filalogiyaüzrə fəlsəfə doktoru, dosent)

Ədalət Məmmədəli oğlu Abbasov 1969-cu il oktyabrın 26-da Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1987-ci ildə indiki Aytəkin Məmmədov adına Göyəlli kənd orta məktəbini bitirmiş­dir. 1991-1996-cı illər ərzində Bakı Dövlət Universitetinin Filologiya fa­kül­təsində təhsil almış, həmin fakültəni fərqlənmə diplomu ilə bitir­mişdir.

1997-2001-ci illərdə BDU-nun aspiranturasında təhsil almış, “Azərbaycan dilində müəyyən, ümumi və qeyri-müəyyən şəxsli cümlə­lərin sintaktik semantikası” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 2001-2010-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” və “Müa­sir Azərbaycan dili” kafedralarında müəllim vəzifəsində çalış­mışdır. 2011-2012-ci tədris ilində Bakı Slavyan Universitetinin “Müasir Azərbay­can dili” kafedrasında baş müəllim vəzifəsində, 2012-2015-ci illərdə isə Milli Aviasiya Akademiyasının “Dil və ədəbiyyat” kafedra­sının baş müəllimi və dosenti vəzifələrində işləmişdir. 2015-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univer­sitetinin “Azərbaycan dili” kafedrasının müdiri vəzifəsində çalışmışdır.Elmlər doktoru hazırlığı üzrə dissertantdır. 5 dərslik, 1 metodik vəsaitin,100 elmi məqalənin müəl­­lifidir.